Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ərdoğan: Bu dövlət yaranana qədər dayanmayacağıq

Baxılıb: 756     Tarix: 09-10-2025 12:58   

İsrail hökumətini atəşkəslə razılaşmağa sövq etmək üçün siyasi iradə nümayiş etdirən ABŞ Prezidenti Donald Tramp başda olmaqla, razılaşmanın əldə olunmasında dəstək verən qardaş ölkələr - Qətər və Misirə səmimi təşəkkürümü bildirirəm.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə olaraq razılaşmanın icrasını yaxından izləyəcək və prosesə töhfə verməyə davam edəcəyik.
Eyni zamanda, 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Prezident Trampın təklif etdiyi plan əsasında HƏMAS və İsrail arasında razılaşma imzalanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar