Solonnikov: Əliyev gözəl və əhəmiyyətli gediş etdi
Baxılıb: 599 Tarix: 08-10-2025 13:33

Son vaxtlar Rusiya və Azərbaycanın hakimiyyət orqanları arasında təmasların dinamikası həqiqətən də artmaqdadır. Baş nazirlərin müavinləri ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığı müzakirə edir, Rusiya tərəfdən Aleksey Overçuk bu məsələlərdə (həm Rusiya-Azərbaycan formatında, həm də Rusiya-Azərbaycan-İran formatında) çox fəal iştirak edir. Bu təmaslar təkcə davamlı deyil, həm də genişlənir.
Qanunvehedef.az xəbər verir ki, bunu rusiyalı ekspert Dmitri Solonnikov deyib.
“Gözlənilən ən mühüm hadisə oktyabrın 10-da - cəmi 2 gün sonra Düşənbədə keçiriləcək MDB sammitidir. Ümid var ki, Vladimir Putin və İlham Əliyev orada görüşəcək, Rusiya-Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndirilməsini müzakirə edəcək. Görünür, əlaqələrimiz tədricən bərpa olunur. Həm Azərbaycan, həm də Rusiya mediasında bir-birini tərifləyən materiallara rast gəlinir və artıq yay aylarında müşahidə olunan gərginlik aradan qalxır. Böhran dövründə ölkələr arasında işgüzar münasibətlərin və siyasi şəxsi əlaqələrin qorunub saxlanması çox vacibdir. Dünənki söhbət münasibətlərimizin əvvəlki yüksək səviyyəyə qaldırılması yolunda mühüm addım oldu. Ötən il Putin Bakıya iki günlük dövlət səfəri ilə gəlmişdi. Hələ o vaxt, cəmi bir il əvvəl Rusiya ilə Azərbaycan arasında əla əlaqələr, nümunəvi dövlətlərarası münasibətlər var idi. Ümid edirik ki, ölkələrimiz arasında yaranmış əsas problemlər indi öz həllini tapacaq, maneələr aradan qaldırılacaq, çətin məsələlər öz həllinə çatacaq və bundan sonra münasibətlər konstruktiv, yüksək səviyyəyə qayıdacaq”, - o bildirib.
Solonnikov qeyd edib ki, dünənki söhbət (İlham Əliyevin Putinə ad günü ilə bağlı zəngi – red.) MDB-nin Düşənbədə keçirilən sammitində Putinlə Əliyev arasında birbaşa dialoqa yol açır:
“De-fakto, bu, Tacikistanın paytaxtında şəxsi təmaslara hazırlıqdır. Ümid edək ki, bu görüş ŞƏT-in Çində keçirilən sammitində Putinlə Əliyev arasında “ayaqüstü” söhbətdən daha uzun olacaq. Dünən diplomatik baxımdan gözəl və əhəmiyyətli bir gediş edildi. Ümid edirik ki, münasibətlərin bərpası bundan sonra daha da güclənəcək”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər