Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ali Məhkəmə Plenumunun iclası keçirildi - Fotolar

Baxılıb: 362     Tarix: 08-10-2025 12:11   

 Ali  Məhkəmənin Plenumunun növbəti iclası keçirilib. 
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, iclasda Ali Məhkəmənin məhkəmə kollegiyalarının tərkiblərinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə və əlavə kassasiya qaydasında yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair məhkəmə tərkibləri barədə plenum qərarlarında dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.
İclasda həmçinin “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərar layihəsi ilkin olaraq müzakirə olunub.
Eyni zamanda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Ali Məhkəmə Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Sonra 2024-cü ildə və 2025-ci ilin I yarımilliyində Bakı İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri və ədalət mühakiməsinin həyata keçirilməsi haqqında məlumatlar dinlənilib.
İclasda “Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında” Ali Məhkəmə Plenumunun 2023-cü il 16 yanvar tarixli 4 nömrəli qərarında dəyişiklik edilməsi barədə məsələyə, həmçinin konkret işlərə baxılıb.





Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar