Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyə sanksiya qərarı verdi - Tehrandan cavab

Baxılıb: 836     Tarix: 06-10-2025 16:06   

Türkiyənin BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrinə əməl etməsi ilə bağlı son bildirişini gərəksiz və hüquqi cəhətdən etibarsız hesab edirik.
Qanunvehedef.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
O bildirib ki, Tehran Türkiyənin BMT TŞ-nin ləğv edilmiş qətnamələrini yerinə yetirmək üçün son addımlarını hüquqi cəhətdən əsassız hesab edir. Bəqai vurğulayıb ki, üç Avropa ölkəsi - Fransa, Almaniya və Böyük Britaniyanın sanksiyaları bərpa etməsinin hüquqi əsası yoxdur.
O, bütün ölkələri, xüsusən də İranın qonşuları və dost dövlətlərini üç Avropa ölkəsinin qanunsuz hərəkətlərini qanuniləşdirə biləcək istənilən tədbirdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Türkiyə İrana sanksiya tətbiq edib. Qərara əsasən, İranın “uranın zənginləşdirilməsi prosesi”ndə iştirak edən şəxslərin Türkiyədəki sərvət və əmlakları dondurulub.

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar