Xəbər lenti
14/07/2026 [11:59]
“Sabah” TNS-ə qarşı
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Övladını bağçaya qoymaq istəyənlərin nəzərinə - YENİLİK

Baxılıb: 813     Tarix: 28-04-2018 15:18   
 Azərbaycanda bağçalara qəbul 1 yaşdan aparılacaq.
Qanunvehedef.az modern.az-a istinadən məlumatına görə, bununla bağlı "Təhsil haqqında" qanunun 18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək. Hazırki qanunvericilikdə isə hələ ki belə qeyd edilib: Azərbaycan Respublikasında məktəbəqədər təhsil 3 yaşdan başlayır.
Bundan əlavə, qanuna aşağıdakı məzmunda 18.7-ci maddə əlavə olunacaq:
18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
"Təhsil haqqında" qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirə ediləcək



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar