Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tarixdə ən isti avqust ayı olacaq

Baxılıb: 8812     Tarix: 13-08-2026 11:12   

2026-cı ilin avqustu tarixə ən isti avqust ayı kimi düşəcək.

Qanunvehedef.az Globalinfo.az -a istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyinin (JMA) hazırladığı JRA-3Q qlobal atmosfer təhlilində bildirilib.

Məlumata əsasən, avqustun ilk 11 günündə Yer kürəsində orta qlobal hava temperaturu 17,03°C təşkil edib. Bu rəqəm adətən 14-15 olurdu.

Beləliklə, temperatur göstəriciləri bu səviyyədə davam edərsə, 2026-cı ilin avqustu tarixdə ən isti avqust ayı kimi düşə bilər.

Qeyd edək ki, 2026-cı ildə qlobal temperaturun rekord səviyyələrə çatacağı ilə bağlı beynəlxalq iqlim proqnozları da mövcuddur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2026–2030-cu illər arasında ən azı bir ilin 2024-cü ilin rekordunu geridə qoyması ehtimalı 86 faiz qiymətləndirilir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar