Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu ünvanlardakı binalar sökülə bilər

Baxılıb: 8217     Tarix: 28-08-2026 14:16   

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər.

Qanunvehedef.az Baku.ws-ə istinadən xəbər verir ki, qəsəbədə yerləşən A. Zeynallı küçəsi 35 ünvanındakı 1A saylı bina, A.Zeynallı küçəsi 37 ünvanındakı 2A saylı bina, M. S. Ordubadi küçəsi 15 ünvanındakı 3 saylı bina və A. Zeynallı küçəsi 37 ünvanındakı 4A saylı binanın sökülməsi nəzərdən keçirilir.

Məlumata əsasən, sözügedən binaların qəzalı vəziyyətdə olması onların gələcəkdə söküntü proqramına daxil edilməsini gündəmə gətirib. Söküntünün həyata keçirilməsi halında həmin binalarda yaşayan sakinlərin mənzillərinin taleyi və onların hansı formada təmin olunacağı da ayrıca müəyyənləşdirilməli olacaq.

Qeyd edilən ünvanlardakı binaların sökülüb-sökülməyəcəyi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan bildirilib ki, sözügedən ərazi üzrə müvafiq investisiya təklifləri daxil olduğu və investorlar tərəfindən maraq göstərildiyi təqdirdə məsələyə baxıla bilər: “Hazırda isə həmin ərazidə dövlət tərəfindən söküntü işlərinin aparılması nəzərdə tutulmur”.

Qeyd edək ki, əvvəlki illərdə kvadratmetr üçün təxminən 1500 manat səviyyəsində olan ödənişlər hazırda Bakı üzrə orta hesabla 2700 manat civarındadır. Lakin bu rəqəm bütün ərazilər üçün eyni deyil.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar