Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

BANM “TEKNOFEST 2026”nın final mərhələsinə vəsiqə qazandı

Baxılıb: 8313     Tarix: 31-08-2026 10:49   

Bakı Ali Neft Məktəbinin (BANM) 36 komandası 30 sentyabr - 4 oktyabr tarixlərində Türkiyənin Şanlıurfa şəhərində keçiriləcək “TEKNOFEST 2026”nın final mərhələsinə vəsiqə qazanıb.

Qanunvehedef.az xəbər verir ki, bu nəticə ilə BANM finalda ölkə üzrə ən çox komanda ilə təmsil olunan ali təhsil müəssisəsidir.

Komandalar maliyyə texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, mədən texnologiyaları, Pardus xəta aşkarlama və təklif yarışması, blokçeyn texnologiyaları, universitet tələbələrinin tədqiqat layihələri, sıfır tullantı və dairəvi iqtisadiyyat, asılılıqlarla mübarizə texnologiyaları və Roboliq olmaqla ümumilikdə 9 kateqoriyada innovativ layihələrini təqdim edəcəklər.

Layihələr süni intellekt, rəqəmsallaşma, dayanıqlı inkişaf, ekoloji problemlərin həlli, istehsal proseslərinin optimallaşdırılması və müasir təhlükəsizlik texnologiyaları kimi aktual istiqamətləri əhatə edir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar