Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Növrəstə Yusifova vəfat etdi

Baxılıb: 965     Tarix: 14-10-2026 10:57   

Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar.

74 yaşlı veteran hərbçinin Bakıda xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, N.Yusifova sovet illərində Bakıda qülləli kran maşinisti kimi çalışıb. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub. 17 mart 1992-ci ildə ilk xanım snayper olaraq orduda qeydiyyata alınıb. 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper kimi iştirak edib.

Hərbçilər arasında “Xalaqızı” adı ilə tanınan Növrəstə Yusifova 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edirdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar