Azərbaycanda daha nələr bahalaşacaq - DEPUTAT AÇIQLADI
Baxılıb: 593 Tarix: 05-04-2019 16:06
Xəbər verdiyimiz kimi, martın 4-də İran kartof-soğan ixracına qadağa qoyub. Bu da ölkədə kartof-soğanın qiymətində artıma səbəb olub. Bəs Azərbaycanda kartof-soğandan başqa daha hansı məhsulların bahalaşması gözlənilir?
Bununla bağlı big.az-a açıqlama verən deputat Əli Məsimli bildirib ki, məhsulun qiymətinin qalxıb enməsində əsas tələb və təklif əsas rol oynayır. Əgər tələb təklifi üstələyirsə qiymətlər qalxır. Amma təklif tələbdən çoxdursa, onda qiymətlər aşağı düşür. Yəni istehsal tələbatdan çoxdursa təbii ki, qiymətlərin aşağı düşmə tendensiyası olur. Əgər istehsal olunan məhsul tələbatdan azdırsa qiymətlərin qalxması normaldır. Burada əsas ixrac və idxal amilləridir. Azərbaycandan xaricə nə qədər məhsul çıxır? Araşdırma aparsaq görərik ki, Azərbaycan tərəvəz məhsullarının bir hissəsini xaricə satır. Eyni zamanda Azərbaycan həmin məhsullardan Rusiyadan İrandan, Türkiyədən və digər ölkələrdən alır. Əgər burada disbalanslıq yaranarsa qiymətlərə təsir göstərir. Azərbaycandan xaricə ixrac edilən soğan qiymətlərə o qədər də təsir etmir. Məhsulların qiymətinə mövsümi məsələlər də təsir edir. Azərbaycanda soğanın qiymətinin anidən bir neçə dəfə qaldırılmasına heç bir iqtisadi əsas yoxdur. Ola bilər ki, İrandan soğanın gətirilməsinə məhdudiyyətlər qoyulub. Amma qiymətlərin qalxmasında əsas psixoloji amillər daha çox rol oynayır. Çünki həmin məhsulun istehsalında kəskin azalma olmayıb. İdxalın və ixracın artmasında da artma, azalma müşahidə olunmur".
Deputat vurğulayıb ki, maaşlar müəyyən qədər artırılanda bizdə qiymət artımı müşahidə olunur:
"Maaşlarda edilən artım o qədər çox deyil ki, qiymətlərə bu qədər təsir etsin. Sadəcə, Azərbaycanda olan işbazlar situasiyadan məharətlə istifadə edib məhsulun qiymətini qaldırırlar. Yüksək səviyyəli müşavirələrdə deyiləndə ki, martın birindən maaşlar qaldırılacaq, maaşlar qaldırılırsa ən yaxşı halda Azərbaycan vətəndaşı artan hissəni martın ortasında alacaq. Əvvəl əgər 250 manat maaş alırdısa, artımdan sonra 300 manat alacaq. Artan 50 manat o qədər də böyük pul deyil ki, qiymətlər bu dərəcə qaldırılsın. Qiymət artımları psixoloji, monopoliyanın çətirinin altında fəaliyyət göstərən qrupların əməlidir. Onlar elə sxem qurublar ki, vətəndaşlar aldıqları maaşı monopolistlərə verirlər. Bundan əlavə vergi və gömrük sahəsində islahatlar olanda da məhsulun maya dəyərinə müəyyən qədər təsirlər olur. Azərbaycanda hər hansı bir məhsulun kəskin artırılmasının heç bir iqtisadi təsiri yoxdur. Qiymətlər süni şəkildə kimlərinsə əməli nəticəsində qaldırılır".
Deputat onu da qeyd edib ki, qiymətləri süni şəkildə qaldıranlarla mübarizə çox çətindir:
"Bununla məşğul olan dövlət qurumları var. Monopoliyaya və süni qiymət artımına qarşı tədbirləri gücləndirmək olar. Əsasən altdan-altdan qiyməti qaldırılanlar əhalinin daha çox istifadə etdiyi məhsullardır. Bununla bağlı Milli Məclisdə dəfələrlə fikirlər səsləndirmişəm. Amma aidiyyətı qurumlar gedib hansısa bir obyektə dövrə vurub, mən deyənin əksini əsaslandırıb yalan danışmağa başlayırlar. Bildirilər ki, heç bir qiymət artımı yoxdur. Əgər əhali aldığı məhsulu 2-3 gündən sonra başqa qiymətə alırsa, bu qiymət artımı deyil, bəs nədir? Bir sözlə, həmin qurumlar öz işlərini dövlətin onlara üzərinə qoyduqları məsuliyyəti dərk edib öz vəzifələrini icra etməlidirlər".

Ən çox oxunanlar
Son xəbərlər