Xəbər lenti
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Moskva görüşü: Putinin Makrona zəngi və TŞ-ni çağırması...

Baxılıb: 427     Tarix: 11-01-2021 11:11   

Moskvada Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin iştirakı ilə keçiriləcək görüşdən öncə nəticə ilə bağlı irəli sürülən ehtimallar gözlənildiyindən xeyli azdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib.
“Ermənistan tərəfindən yalnız baş nazirin mətbuat xidmətinin rəhbəri danışıb və ən yaxşı halda kommunikasiyaların açılması ilə bağlı razılıq əldə edilərsə, birgə bəyanatın imzalana biləcəyini deyib.
Rusiya Prezidenti Putin Fransa lideri Emmanuel Makronla “məsləhətləşib”, görüşdən öncə Təhlükəsizlik Şurasının iclasını keçirib.
Makronla məsləhətləşmə Minsk prosesinin mövcudluğu ilə bağlı təsəlli jesti olsa da, mahiyyət görüşün nəticəsinə uyğun şəkildə, Fransa rəsmilərinin açıqlamalarında özünü qismən də olsa, büruzə verəcək. Fransanın razılıqla qarşıladığı istənilən prosesin Azərbaycanda şübhə doğuracağı və narahatlıq yaradacağı üçün rəsmi Parisin daha ehtiyatlı davranacağını düşünürəm. Bununla yanaşı, Minsk prosesinin digər iştirakçısı olan ABŞ-la “məsləhətləşmə”yə həmsədrlərin, xüsusilə də Fransanın ehtiyac duymadığı maraq doğurur. Zənnimcə, bu məqama yanvarın 20-dən sonra yenidən nəzər salmaq lazım gələcək”, - politoloq bildirib.
E.Mirzəbəyli Rusiya Təhlükəsizlik Şurasının iclasının daha çox siyasi məqsəd daşıdığını vurğulayıb və Moskvanın görüşün əhəmiyyətini və ciddiliyini qabartmaq, vacib bildiyi mesajları ötürmək üçün TŞ-dən istifadə etdiyi ehtimalını irəli sürüb:
“Azərbaycanın mövqeyi aydındır və artıq ən incə detallarına kimi Prezident İlham Əliyev tərəfindən açıq şəkildə elan olunub. Qeyd edim ki, kommunikasiyaların tez bir zamanda açılması bizim maraqlarımıza da uyğundur: amma buna qədər olan bütün digər məsələlər öz həllini tapandan, xüsusilə də erməni silahlıları Qarabağdan tamamilə çıxarılandan sonra...” - politoloq bildirib.шаблоны для dle 11.2