Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zəngəzur dəhlizi açılan kimi onlara güzəştlər olacaq

Baxılıb: 9817     Tarix: 07-09-2026 12:49   

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən, Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Naxçıvan üçün yeni güzəştlər tətbiq ediləcək.

Qanunvehedef.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“Proqrama əsasən, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq, bu imkanlardan hərtərəfli istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq. Sənədə əsasən, dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvanda sahibkarlara dəstək mexanizmi daha da genişləndiriləcək.

Proqramda qeyd edilir ki, güzəşt tədbirləri Naxçıvanın əlverişli coğrafi mövqeyindən istifadə edilərək, regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışı sürətləndiriləcəkdir. Bu çərçivədə, yerli məhsulların rəqabət qabiliyyətliliyini artırmaq və daşıma xərclərini optimallaşdırmaq məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmləri tətbiq olunacaqdır

Yeni güzəştlər Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə xidmət edəcək. Bu Naxçıvanda istehsal edilən məhsulların daha böyük bazarlara çıxış imkanlarını təmin edəcək. Proqramda nəzərdə tutulan tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, iqtisadiyyatda yerli istehsalın rolunun güclənməsinə kömək edəcək. Bu Naxçıvanın inkişafında yeni mərhələnin başlanması demək olacaq”, - deyə millət vəkili əlavə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar