Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Zirə Eko Parkda şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

Baxılıb: 1216     Tarix: 07-09-2026 14:25   

Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən “Zirə Eko Park”da şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş geniş anım tədbiri keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, idarə və müəssisə rəhbərləri, qəsəbə ağsaqqalları, ziyalılar və sakinlər iştirak ediblər.

Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin, o cümlədən polkovnik Füzuli Cavadovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhid polkovnik Füzuli Cavadovun həyat və döyüş yolundan, uzun illər ərzində keçdiyi şərəfli hərbi xidmət yolundan və Vətən qarşısındakı müstəsna xidmətlərindən danışıb.

Elşən Salahov bildirib ki, Azərbaycan xalqının tarixində Vətən və dövlət naminə həyatını fəda edən qəhrəman oğulların xüsusi yeri var. Belə igid insanların keçdiyi həyat yolu, göstərdikləri şücaət və Vətənə sədaqət gələcək nəsillər üçün örnəkdir. Onların xatirəsinin yaşadılması, adlarının əbədiləşdirilməsi və gənc nəslə tanıdılması hər birimizin mənəvi borcudur.

RİH başçısı vurğulayıb ki, Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı daim yüksək səviyyədədir. Şəhid ailələrinin sosial və məişət məsələlərinin həlli, onların müraciətlərinə həssas yanaşılması və problemlərinin diqqətdə saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Milli Məclisin deputatı Günay Əfəndiyeva da çıxışında şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında qəhrəman hərbçilərimizin misilsiz xidmətləri olub. Füzuli Cavadov kimi peşəkar, fədakar və Vətəninə sədaqətli zabitlərin həyat yolu Azərbaycan gəncləri üçün əsl vətənpərvərlik nümunəsidir.

Deputat şəhid polkovnikin xatirəsinin daim ehtiramla yad ediləcəyini, onun keçdiyi hərbi xidmət yolunun və Vətən qarşısındakı xidmətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər qonaqlar da Füzuli Cavadovla bağlı xatirələrini bölüşüblər. Çıxışlarda onun yüksək insani keyfiyyətləri, hərbi peşəkarlığı, prinsipiallığı, intizamı, tabeliyində olan şəxslərə münasibəti və əsl komandir kimi formalaşmasından söz açılıb.

Qeyd olunub ki, Füzuli Cavadovun həyat yolu yalnız hərbi xidmət nümunəsi deyil, eyni zamanda Vətənə, dövlətə və xalqa sədaqətin bariz göstəricisidir. Onun göstərdiyi fədakarlıq və keçdiyi döyüş yolu Azərbaycan tarixinin şərəfli səhifələrindən biri kimi daim xatırlanacaq.

Anım mərasimində şəhidin ailə üzvləri də çıxış edərək Füzuli Cavadovun xatirəsinə göstərilən ehtiramdan və təşkil olunan tədbirdən məmnunluqlarını ifadə ediblər. Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Ailə üzvləri üçün şəhidin adının daim uca tutulmasının və onun xatirəsinin yaşadılmasının böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirdə xüsusi olaraq qeyd edilib ki, şəhidlərin xatirəsinə həsr olunan bu cür tədbirlər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, Vətənə sevgi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayır. Şəhidlərin həyat və döyüş yollarının gənclərə çatdırılması onların qəhrəmanlıq nümunələrindən örnək götürməsinə, milli yaddaşın qorunmasına xidmət edir.

Anım mərasimi Muğam müsabiqəsinin iştirakçısı Vüqar Əbilovun ifasında səslənən vətənpərvərlik ruhunda musiqi nömrələri ilə davam edib. İfa mərasim iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirin sonunda bir daha vurğulanıb ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının əziz xatirəsini daim uca tutur. Şəhid polkovnik Füzuli Cavadovun keçdiyi şərəfli həyat yolu və Vətən qarşısında göstərdiyi xidmətlər yaddaşlarda əbədi yaşayacaq.

Onun 60 illik yubileyinin məhz anım tədbiri ilə qeyd olunması şəhidin xatirəsinə göstərilən yüksək ehtiramın növbəti nümunəsi olmaqla yanaşı, qəhrəman Vətən övladlarının adlarının gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha nümayiş etdirib.

Qəni Hüseynov

Qanun və hədəf qəzetinin şöbə müdiri

Xəzər rayonunda şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyi qeyd olunub

Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar