Xəbər lenti
Arxiv
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Elektron ticarət sahəsində Azərbaycan niyə geriləyir?

Baxılıb: 287     Tarix: 22-02-2021 10:36   

Azərbaycan elektron ticarət üzrə ötən illə müqayisədə 2 pillə geriləyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, elektron ticarət sahəsində MDB ölkələri arasında lider Belarusdır:
“BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) son hesabatına görə, Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-ci olub, ölkəmiz bu göstərici üzrə əvvəlki illə müqayisədə 2 pillə geriləyib. UNCTAD reytinqin hazırlanması zamanı ölkədə internetdən istifadə vəziyyəti, bank xidmətlərinə əlçatanlıq, mobiil ödəniş sistemləri, təhlükəsiz serverlər, internet mağazaların sayı, poçtun, çatdırılma xidmətinin vəziyyəti, bağlamaların çatdırılma vaxtı kimi göstəricilər üzrə qiymətləndirmələr aparıb. Elektron ticarət sahəsində MDB ölkələri arasında lider Belarusdır.
Reytinq cədvəlində Belarus 35-ci, Rusiya 41-ci, Gürcüstan – 47-ci, Ukrayna – 51-ci, Moldova – 53-cü, Qazaxıstan – 60-cı, Ermənistan – 84-cü yerdədir.
Digər beynəlxalq hesabatda internetin bağlanmasından ən çox xərcə düşən ölkələr arasında Azərbaycan dünya üzrə 5-ci olub. Ötən il bu səbəbdən ölkəmiz 123 milyon dollar itirib. Maraqlıdır ki, Belarus da eyni problem üzrə 336 milyon dollar ziyana düşməsinə baxmayaraq, elektron ticarət reytinqində MDB-də üstünlüyünü mobil ödəniş sistemləri, bank və poçt xidmətinin keyfiyyəti və sürəti hesabına saxlaya bilib. Azərbaycanda isə Mərkəzi Bank bu sahəni inkişaf etdirmək və ölkəni rəqəmsal iqtisadiyyat üçün vacib olan elektron ticarətin inkişafı sahəsində önə çıxarmaq əvəzinə inzibati binasını təzələmək fikrinə düşüb”.шаблоны для dle 11.2