Bakıda 55 minlik dələduzluq: saxlanılan var
Baxılıb: 918 Tarix: 30-10-2026 15:46

Bakının Nəsimi rayonunda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Qanunvehedef.az xəbər verir ki, vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















