Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Həyasızcasına davrandı, ona görə dava düşdü - Paşinyan

Baxılıb: 994     Tarix: 29-10-2026 15:38   

Mən bütün məsuliyyəti müxalifətin üzərinə qoyuram, Mülki Müqavilə Partiyasının deputatlarının hərəkətlərini alqışlayıram və onlara dəstəyimi bildirirəm.

Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə baş verən dava haqda deyib.

“Zorakılığı pisləyirəm, amma bu gün görülən tədbirlərə görə Mülki Müqavilə Partiyasını dəstəkləyirəm.

Əgər kimsə müxalifətçidirsə, bu, onun həyasız olması demək deyil. Güclü Ermənistan Partiyasının üzvü kürsüdən həyasızcasına davranıb, xahiş və müraciətlərə məhəl qoymadan üzr istəməyəndə hər şeyin belə bitəcəyi aydın idi”, - o bildirib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin iclası zamanı deputatlar arasında kütləvi dava düşüb. Dava zamanı deputatlar bir-birinə yumruq və butulkalarla hücum ediblər.

Bundan öncə Paşinyan müxalifəti ələ salaraq, “mən onları fiziki baxımdan güclü bilirdim” demişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar