Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

8 Noyabr – Zəfər Günümüz mübarək!

Baxılıb: 1125     Tarix: 05-11-2026 12:22   

 

Bu gün Bakı Avrasiya Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib.


Tədbirdə Milli Qəhrəman Təşkilatının, Vətən Qəhrəmanları Cəmiyyətinin İdarə Heyətinin üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və hərbi qulluqçular iştirak ediblər.


Tədbir Azərbaycanın şanlı Zəfər tarixinə, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinə, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan igid oğullarımızın fədakarlığına dərin ehtiramın ifadəsi olub.


Bu cür əlamətdar günlərdə bir araya gəlmək, Vətən sevgisini, milli birliyimizi və qəhrəmanlıq tariximizi yaşatmaq hər birimiz üçün böyük mənəvi dəyər daşıyır. Zəfərimiz xalqımızın birliyinin, ordumuzun gücünün və şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış tarixi qələbənin təntənəsidir.


Tədbirə dəvətə və göstərilən diqqətə görə Bakı Avrasiya Universitetinin rektoru hörmətli Səyavuş Qasımova dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Belə əlamətdar tədbirlərin təşkili milli-mənəvi dəyərlərimizin qorunmasına, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən ehtiramın daha da möhkəmlənməsinə xidmət edir.


Bu şanlı Zəfəri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə möhkəm cansağlığı, veteranlarımıza uzun ömür arzulayırıq.


Qarabağ Azərbaycandır! Zəfər bizimdir, qürur bizimdir!

 

8 Noyabr – Zəfər Günümüz mübarək olsun!


Ceyhun Süleymanov


 









Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar