Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Plyuşenko “qara siyahı”ya salındı

Baxılıb: 963     Tarix: 30-10-2026 12:23   

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenko Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “War&Sanctions” portalının “qara siyahı”sına daxil edilib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə həmin informasiya bazasının portalında yerləşdirilən məlumatda qeyd olunub.

Həm də ictimai xadim olan Plyuşenkonun Rusiyanın Ukraynaya qarşı müharibəsini və siyasətini dəstəklədiyi üçün siyahıya daxil edildiyi bildirilir. Bundan əlavə, idmançı Rusiyanın ilhaq etdiyi Krım yarımadasına da səfər edib.

Bazaya həmçinin fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Alina Zaqitova, fiqurlu konkisürmə üzrə Olimpiya ikincisi, xoreoqraf İlya Averbux da daxil edilib. Onlar Rusiya hakimiyyətini dəstəkləməkdə, Krıma səfərlər etməkdə və regionda idmanın inkişafına yardım etməkdə günahlandırılırlar.

Qeyd edək ki, ümumilikdə 2022-ci ilin fevralından indiyədək “War&Sanctions” portalının “qara siyahı”sına Rusiyanı təbliğ etməkdə əlaqələndirilən 450 nəfərdən çox ictimai xadim, idmançı və incəsənət xadimi daxil edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar