Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı - Fotolar

Baxılıb: 839     Tarix: 30-10-2026 15:11   

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb.

Qanunvehedef.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mediasiya Şurasının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Konfederasiyanın həyata keçirdiyi son islahatlara həsr edilən film nümayiş olunub.

Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin həmkarlar hərəkatının inkişafı üçün yaratdığı əlverişli mühitin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüslərinin xüsusi önəmini vurğulayıb.

Həmkarlar hərəkatının fəaliyyətindən, işçilərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışan Konfederasiya sədri bildirib ki, həmkarlar ittifaqları sistemində rəqəmsal həllər tətbiq olunur, üzvlər üçün xidmətlərin əlçatanlığı artırılır, sosial layihələrin əhatə dairəsi genişləndirilir.

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatının yaradılmasının əhəmiyyətini qeyd edən Konfederasiya sədri bu addımın əmək hüquqlarının kollektiv şəkildə müdafiəsinə, sağlam əmək münasibətlərinin inkişafına və həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxışında ölkəmizdə mediasiya institutunun fəaliyyətindən, bu sahənin inkişafı üçün yaradılan imkanlardan, mübahisələrin məhkəmədənkənar həllində təsisatın rolundan söz açıb.

Mediatorların peşəkarlığının artırılması, onların hüquqi və təşkilati baxımdan dəstəklənməsi istiqamətində görülən işlərdən də bəhs edən Nadir Adilov əməkdaşların həmkarlar ittifaqlarında birləşməsinin bu sahədə əlavə imkanların yaradacağını vurğulayıb.

Sonda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Mediasiya Şurasının ilk həmkarlar ittifaqı təşkilatının Birliyə üzv qəbul edilməsi barədə sənədi təşkilatın sədri Kamil Lətifova təqdim edib.








Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar