Elşən Salahov Şağan sakinlərinin müraciətlərini dinlədi
Xəzər rayonunda vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, sakinləri narahat edən məsələlərin yerində öyrənilməsi və həlli istiqamətində növbəti görüş keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şağan Mədəniyyət Mərkəzində qəsəbə sakinlərini qəbul edib. Görüşdə iştirak edən vətəndaşlar onları narahat edən problemləri və təkliflərini birbaşa rayon rəhbərliyinə çatdırmaq imkanı əldə ediblər.
Qəbul zamanı səsləndirilən müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Belə görüşlər yerli problemlərin vaxtında müəyyənləşdirilməsi, vətəndaş müraciətlərinə çevik münasibət göstərilməsi və sakinlərlə rayon rəhbərliyi arasında birbaşa əlaqənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qəni Hüseynov























