Xəbər lenti
23/10/2020 [12:12]
Neft bahalaşdı
Arxiv
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türk Şurası bəyanat yaydı: Ermənistan ordusu dərhal...

Baxılıb: 370     Tarix: 13-10-2020 15:16   

Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirir.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyevin bəyanatında deyilir.
Bildirilir ki, Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə dair öhdəliklərini bir daha təsdiq edir və Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini bir daha vurğulayır:
"Türk Şurası bu çərçivədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasının tələb etdiyini xatırladır.
Baş katib insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır".шаблоны для dle 11.2