Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mələk Qafarlı- Referans Klinik Laboratoriya Mərkəzinin savadlı həkim-ginekoloqu

Baxılıb: 3 747     Tarix: 11-08-2020 20:50   
 Müqəddəs həkim adı daşımaq çox adama nəsib olur, lakin onların arasında seçilən nadir həkimlər olur ki, o həkimləri el – oba yaxşı tanıyaraq, onlardan şəfa almaq üçün ünvana yollanırlar. Yaxşı həkim yalnız xəstələrin deyil, xalqın məhəbbətini qazanaraq ehtiram sahibi olur. 
Redaksiyamıza daxil olan məktublar içərisində Dr. Mələk Qafarlıya edilən minnətdarlıqların sayı – hesabı yoxdur.
Mələk həkimə daxil olan minnətdarlıqlar içərisində Bakı şəhər sakini Abışovlar ailəsinin Lamiyə xanımın razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir:
Mənim etdiyim dualar Mələk həkimin yoluna nur saçsın deyir Lamiyə xanım.Hər şeyə görə sağ olun. Kaş ki, imkanım ola bütün ana olmaq istəyən qızlarımıza səslənim.Heç düşünmədən hamınız Mələk həkimi seçin. Sayənizdə hamiləlik stresindən, əməliyyat qorxusundan uzaq, şirin xatirələrlə dolu,9 ay keçirdim. Hər ay qəbulunuza gələndə sizi görən kimi olan narahatçılıqlarımı unutdum. İstənilən saatda nə vaxt yazsam, yığsam hər an hər sualımı cavablandırmağınızı , minimum dərmanla bir hamiləlik keçirməyimi unutmayacam. Siz tanıdığım ən gözəl, ən mehriban həkimsiniz. Sakit səsiniz insana hüzur verir, ən ağrılı vəziyyətdə belə hər şeyin gözəl olacağına inandırır.
Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Mələk həkimə mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Mələk Qafarlıya həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq.
Hörmətlə: Lamiyə Abışova
Hörmətli redaksiya!
Mən çox sevinirəm ki, respublikamızda Mələk Qafarlı kimi təcrübəli, işini sevən, savadlı kadrlarımız hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən belə həkimlərimiz yetərincədir. Mən ilk gündən Mələk həkimə böyük ümidlər bəslədim. Görünür yanılmamışam. Sizdən xahiş edirəm ki,Mələk Qafarlı kimi dəyərli həkimlərimizin qədrini bilək, onların layiqli dəyərini verək.
Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə sevinc bəxş edən Mələk həkimə, Referans Klinik Laboratoriya Mərkəzinin tibbi – personalına dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.
Hörmətlə: Seva xanımшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər