Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Günlərin keçsin.!!! Oğlum Elşənin ad gününə.

Baxılıb: 1 764     Tarix: 05-06-2025 13:04   

  Qəni Hüseynov
Gəlir doğulduğun gün göz önünə ,
İlərdə nə tezçə salandı kecdi,
Otuz üc il əvvəl gəldin dünyaya,
Gəlişin toy -bayram,günlərlə kecdi.
Onda cal-cağırda,kefdə var idi,
Baban-nənən sənin yanında idi,
Kişilik,qeyrətdə qanında idi,
Toy-bayram etməli ,günlərdə kecdi.
Yaşını kecirmək mümkün olmadı,
Qacqınlıq,köçkünlük qəlbi dağladı,
Elə bil may ayı, yer-göy ağladı,
Dərd,kədər qəlblərdən,günlərdən keçdi.
Qanlı,qadalı yollardan keçdik,
Qolları çirmiyib,döyüşə girdik,
Kəlbəçər,Murovdan biz aşıb gəldik,
Nə qədər dəhşətli,günlərdə keçdi.
Ay oğul ağarıb saçın,saqqalın,
Mən keçən yolların izin keçmisən,
Laçın alınanda məndən qabaqda,
Bu yolu sən özün,təkçə keçmisən.
İndi ad günündü,sevinir uşaq,
Doğmalar ,yadlarda olubdu qoçaq,
İndi ziyarətə dönüb pir, oçaq,
Qayğılı illərin, günlərin keçdi.
Bahar arzulayıb,  xoş gün dilərəm,
Xoş günlər icində,   səni görərəm,
Artıq bir firavan həyat sürərəm,
Doğma, el - obanda ,günlərin keçsin.
05.06.2025.
 




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar