Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Poeziya çələngi” Mehri Səfərli

Baxılıb: 830     Tarix: 02-06-2025 12:40   
 
  Mehri Səfərli

       NEYLƏYİM
Sən susdun, baxışın danışdı, dindi,
Atəşin, alovun qəlbimdə söndü.
Sənli xatirələr xəyala döndü,
Həsrətin şaxtalı qışdı, neyləyim.
Məhəbbətin odu qaldı bu yolda,
Baldan şirin dadı qaldı bu yolda,
Sevdamızın adı qaldı bu yolda,
Əlacım yox, əldən getdi, neyləyim.
Sevgimizə biz sadiqdik hər zaman,
Sevdamıza yaman düşdü sis, duman.
Görüşməyə heç qalmadı bir güman,
Gözlərim hey nəmdi, yaşdı, neyləyim.
Bu sevgini fələk aldı əlimdən,
Qopdu nalə,qopdu ağı dilimdən.
Ayrılığın betər imiş ölümdən,
Bu bir tale, bir qismətdir, neyləyim.

Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar