Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan və Qazaxıstan prezidentləri bir-birlərini təbrik etdi

Baxılıb: 743     Tarix: 03-06-2025 14:47   

Əliyevlə Tokayev bir-birlərini təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə bir-birlərinə təbrik ünvanlayıblar.
Prezident İlham Əliyev bildirib ki, bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirib:
“Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır”.
Qasım-Jomart Tokayev isə qeyd edib ki, ölkələr arasında əməkdaşlığın əsas sahələrini əhatə edən bu tarixi sənəd Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafında mühüm mərhələ olub və bir çox istiqamətlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradıb:
“Əminəm ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmlənməsini təmin edəcəyik, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığın böyük potensialını reallaşdıracağıq”.

Qanunvehedef.az



{sape_links}{sape_article}