Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qarabağ Dirçəliş Fondu tələbələrə hər ay 200 manat TƏQAÜD VERİLƏCƏK

Baxılıb: 2 794     Tarix: 03-06-2025 15:32   

Qarabağ Dirçəliş Fondu 2025-2026-cı akademik ili çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstərəcək.
Bununla bağlı Fond Xankəndidə keçirilən "Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu" çərçivəsində təşəbbüslə çıxış edib.
Bildirilib ki, məqsəd azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin potensialının üzə çıxarılması və dayanıqlı inkişafı təmin etməkdir.
Təşəbbüs Forum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında Memorandumun imzalanması ilə rəsmiləşdirilib.
Qeyd edək ki, tərəflər arasında əldə edilən razılaşma QDF-in "Qarabağ Təqaüd Proqramı" çərçivəsində istedadlı tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etmək və bölgədə bilik iqtisadiyyatının inkişafına töhfə vermək istiqamətində strateji öhdəliyini əks etdirir.
Proqrama əsasən, seçilmiş hər bir tələbə bir akademik il ərzində hər ay 200 manat məbləğində təqaüdlə təmin olunacaq. Bu, ümumilikdə, hər tələbə üçün 2 min manat təşkil edir. Təqaüdə namizədlər universitet tərəfindən akademik göstəricilər əsasında, Təhsilin İnkişafı Fondu ilə əlaqəli şəkildə müəyyən olunacaq.

Qəni Hüseynovшаблоны для dle 11.2



Ən çox oxunanlar
smm xidmetleri
Redaktor seçimi
Çox oxunanlar