Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

(DİN) SMS-lərdəki şübhəli keçidlərə daxil olmayın!

Baxılıb: 1 577     Tarix: 05-06-2025 13:45   

İyunun 4-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 7000, 881, 464, 354, 300, 170, 100, 100, 70, 70 və 68 manat kimi rəqəmlər qeydə alınıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırır.
Bildirilib ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.
DİN vətəndaşları bir daha xəbərdar edir ki:
- Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun;
- SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın;
- Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.
Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

Qəni Hüseynov



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar