Xəbər lenti
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 28% artıb

Baxılıb: 74     Tarix: 09-08-2019 15:39   

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 487,555 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 537,397 milyon manat və yaxud  27,7% çoxdur.
DGK-dən “Report”a verilən məlumata görə, 7 ay ərzində büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 98,809 milyon manat və yaxud 19,8% artaraq 596,928 milyon manata, ƏDV üzrə daxilolmaların məbləği 364,468 milyon manat və yaxud 27,4% artaraq 1 693,276 milyon manata, aksizlər üzrə daxilolmaların məbləği 68,943 milyon manat və yaxud 73,7% artaraq 162,447 milyon manata, yol vergisi üzrə daxilolmaların məbləği isə 5,177 milyon manat və yaxud  25% artaraq 25,904 milyon manata çatıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar