Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

Baxılıb: 668     Tarix: 06-05-2024 12:30   

Azərbaycanın Çexiyadan 70 ədəd 155 mm/L45 DITA haubitsası alacağı iddia edilib.
Qanunvehedef.az Ordu.az-a istinadla xəbər verir ki, “Dennik N” tərəfindən verilən xəbərdə Azərbaycanın Çexiyadan 70 ədəd 155 mm/L45 DITA haubitsası alacağı iddia edilib.
Bundan əlavə, bu yaxınlarda Azərbaycanın Slovakiyadan 48 ədəd 155 mm-lik “Nora” haubitsası alacağı də açıqlanıb.
Çexiyanın Azərbaycana haubitsa tədarükü təsdiqlənərsə, bu sifariş Çexiya və ya Slovakiya artilleriya sistemləri üçün 1989-cu ildən bəri ən böyük sifariş olacaq.
Bu kontekstdə “Excalibur Army” keçmişdə Azərbaycana 152 mm-lik “SpGH” və 122 mm-lik RM-70M1 Yaylım Atəşli Reaktiv Sistemi (YARS) kimi sistemlər də tədarük edib. Regionda baş verən proseslərə uyğun olaraq Azərbaycan və Ermənistan artilleriya sistemlərini yeniləyir.
155 mm-lik DITA nəyə qadirdir?
155 mm-lik DITA haubitsa sistemi yüksək dağıdıcı gücə malik “base bleed” (adətən təxminən 20-35% məsafəni artırmaq üçün bəzi artilleriya mərmilərində istifadə olunan sistemdir – red.) (HE BB) sursatı və 39 km-ə qədər atış mənzilinə sahib 155 mm-lik L45 topu ilə təchiz olunub. Qüllənin içərisindəki daşıyıcı kamerada isə 40 ədəd 155 mm-lik sursat var. DITA təkərli şassi üərindəki haubitsa sistemi modul dizayna malikdir. Bu o deməkdir ki, daşıyıcıda silah və sursat olan qüllə müxtəlif təkərli və ya tırtıllı şassilərə quraşdırıla bilər.
“Army Recognition” tərəfindən verilən xəbərə görə, DITA haubitsasının başqa bir maraqlı xüsusiyyəti onun cəmi iki nəfərlik ekipaj tərəfindən idarə olunmasıdır. Bu xüsusiyyət silah idarəetmə sisteminin yüksək səviyyəli avtomatlaşdırılması və qüllənin tam avtonom işləmə qabiliyyəti sayəsində mümkün olub. Ekipaj yalnız sürücü və komandirdən ibarətdir. Bu ekipaj haubitsa və qülləni şassi kabinəsindən idarə edir.
Silahın atış vəziyyətinə gətirilməsi və tənzimlənməsi Avtomatik Fəaliyyət Mövqeyi Elektron Yönləndirmə Sistemindən (A.S.A.P.) istifadə olunaraq, ballistik kompüter tərəfindən tamamilə avtomatik olaraq həyata keçirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar