Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?

Baxılıb: 864     Tarix: 06-05-2024 11:46   

Xəbər verdiyimiz kimi, 9 May Qələbə Günü, 11-12 may isə şənbə və bazardır.
Qanunvehedef.az xəbər verir ki, qeyri-iş günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə Nazirlər Kabineti belə vəziyyətlərdə istirahət və iş günlərinin yerini dəyişməyə qərar verir. Bəs, 10 may iş gününün qeyri-iş günü ilə dəyişdiriləcəyi gözlənilirmi?
Məsələ ilə bağlı saytımıza Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı hazırda heç bir qərar yoxdur.
“Bu haqda indiyədək müzakirə də aparılmayıb”, - qurumdan vurğulanıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir: “Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər”.
Belə məlum olur ki, bu həftə Nazirlər Kabineti qeyri-işı günlərinin ardıcıllığını təmin etmək niyyətində deyil

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar