Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Məşhur Azərbaycan oteli müvəqqəti olaraq təmirə bağlanır

Baxılıb: 413     Tarix: 07-01-2020 08:51   

Qəbələdə yerləşən "Qafqaz Resort Hotel" öz fəaliyyətini müvəqqəti olaraq dayandırır.Bu barədə "Report"a "Gilan Holdinq"dən məlumat verilib.
"Həm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan və sevilən Qəbələ otellərindən biri olan - "Qafqaz Resort Hotel" yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq", - məlumatda bildirilir.
"Qafqaz Resort Hotel" 98 lüks nömrədən ibarətdir. Otelin standart, yarılüks, kral otağı, prezident apartamentləri, kral lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcəkdir.
Holdinqdən bildirilib ki, hoteli əsaslı təmir gözləyir - qarşıda olan təmir işləri bütünlüklə "Qafqaz Resort Hotel"ə şamil olunacaq, bunlar həm eksteryerin həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq.
"Qafqaz Resort Hotel" Qəbələdə ilk beş ulduzlu otel olmaqla 2008-ci ildən fəaliyyət göstərir. шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar