Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

Baxılıb: 981     Tarix: 24-11-2026 12:33   

İndoneziya Prezidenti Prabovo Subianto 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak etmək üçün Azərbaycana səfər edə bilər.

Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Bakıda keçirilən biznes-forumda bildirib.

Diplomat qeyd edib ki, gələn il ölkələr diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcəklər:

"İndoneziya Prezidenti Prabovo Subiantonun 2027-ci ildə İƏT sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid edirik. Bu, ölkələrimiz arasında diplomatik münasibətlərin 35 illiyinin qeyd olunması çərçivəsində əsas hadisələrdən biri olacaq".

Səfir vurğulayıb ki, yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin daha da inkişafı və möhkəmləndirilməsi üçün şərait yaradacaq.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar