Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İran rəsmilərinə sui-qəsd ediləcək? - Ağ Evdə yeni ssenari

Baxılıb: 1015     Tarix: 25-11-2026 09:35   

ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı rəsmilərin İran hökumətinin yüksəkvəzifəli şəxslərinə qarşı sui-qəsd ehtimalını nəzərdən keçirdikləri bildirilir.

Qanunvehedef.az xəbər verir ki, “NBC News”un adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumata görə, bu məsələ administrasiyadaxili müzakirələrdə yer alır.

Mənbələrin sözlərinə görə, sui-qəsd ideyasını dəstəkləyən rəsmilər belə bir addımın Prezident Donald Trampa müharibəyə son qoymaq imkanı yarada biləcəyini irəli sürürlər. Onların iddiasına əsasən, bu cür əməliyyat qalan İran rəhbərliyinə “ABŞ istənilən vaxt liderlərini tapa, hədəfə ala və öldürə bilər” mesajını ötürə bilər.

Təklifin əleyhinə çıxan rəsmilər isə əks mövqedən çıxış edərək xəbərdarlıq edirlər ki, bu addım İranda sağ qalan rəsmiləri daha da möhkəmləndirə və gələcəkdə müharibəni dayandırmaq üçün aparılacaq danışıqların etibarlılığını sarsıda bilər.

Rəsmilərin bildirdiyinə görə, Tramp İranla müharibədə növbəti addımlarla bağlı hələlik yekun qərar verməyib və yeni genişmiqyaslı hərbi əməliyyat da daxil olmaqla, bir neçə ssenarini dəyərləndirir. İran liderlərinin sıradan çıxarılması ehtimalı uzun müddətdir Trampa təqdim olunan variantlar sırasında olsa da, son həftələrdə yenidən aktuallaşıb.

“NBC News”a danışan administrasiya rəsmisi “Hörmüz boğazına nəzarət edən və İran iqtisadiyyatının çöküşünün şahidi olan ABŞ çox güclü mövqedədir” deyə vurğulayıb. ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına toxunan həmin rəsmi əlavə edib ki, Prezident Trampın qarşısında çoxlu seçimlər var və o, İranın heç vaxt nüvə silahına malik olmamasını təmin etmək üçün mümkün olan ən yaxşı qərarı qəbul edəcək.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar