Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dövlət Komitəsi zorakılığa məruz qalan uşaqların əlamətlərini açıqlayıb

Baxılıb: 553     Tarix: 09-01-2020 14:19   
 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.
Müraciətdə valideynlərə övladlarının zorakılığa məruz qalıb-qalmadığını anlamaq üçün uşaqlarda aşağıdakı əlamətlərin olub-olmamasına diqqət yetirmək tapşırılıb:
- Bədəninin hər hansı bir yerində göyərmə, kəsik, sıyrıq, şişlik qırıq, çıxıq və yaxud yara varsa;
- Bu əlamətləri paltarları ilə gizlətməyə çalışırsa;
- Sağalmayan, səbəbi məlum olmayan yaralar;
- Özünə aid əşyaları itirirsə və evə cırıq paltarlarla gəlirsə;
- Həmişəkindən daha çəkingən, içinə qapanıq, və etinasız, süst olursa;
- Sizinlə və ətrafındakılarla ünsiyyətdən qaçırsa;
- Tək qalmağa meyillidirsə;
- Başqalarına inanmırsa;
- Məktəbə getmək istəmirsə, dərsdən qaçırsa;
- Yuxusunda və iştahında dəyişikliklər varsa
- Yatağını islatma, kəkələmə və nitqində ilişmə, gecə kabusları varsa,
- Təhsil naliyyətlərində geriləmə varsa,
- Anormal sakitlik və ya aqressiv davranma, söz dinləməmək, üsyankarlıq varsa;
- Verdiyiniz suallara yalan cavablar verirsə, hekayələr uydurursa;
- Dinlədiyi musiqidə, çəkdiyi şəkillərdə, yazılarında şiddəti göstərən əlamətlər varsa;
- Vücudunun eybəcər olduğunu, cinsi orqanlarında bir problem olduğunu düşünürsə;
- Oyuncaqları ilə və ya başqa uşaqlarla oynayarkən cinsəllik və zorakılıq ehtiva edən hərəkətlərə üstünlük verirsə, onun zorakılığa məruz qaldığını düşünə bilərsiniz.шаблоны для dle 11.2