Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tahir Kərimli YAP-ın namizədinə rəqib oldu

Baxılıb: 601     Tarix: 10-01-2020 11:33   

Mediada Vəhdət partiyasının sədri Tahir Kərimlinin qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi, onun partiya sədrliyindən gedəcəyi barədə məlumatlar var.
Modern.az-a açıqlamasında Tahir Kərimli deyilənləri təkzib edib, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.
Hətta o, Dairə Seçki Komissiyası tərəfindən namizədliyinin qeydə alındığını bildirib.
Tahir Kərimli həmçinin parlament seçkilərində mübarizə aparacağı şəxslər barədə də danışıb:
“Mənimlə eyni dairədə bir neçə nəfər mübarizə aparacaq. Onlardan biri Yeni Azərbaycan Partiyasının namizədi Əli Hüseynovdur. Digər namizədlərim arasında həkim olan da var. Bu, meydandır. Hər kəsə uğur arzu edirəm”.



{sape_links}{sape_article}