Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Polis xəbərdarlıq etdi: Onlara pul verməyin! - Foto

Baxılıb: 686     Tarix: 28-01-2020 11:15   

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Nazirlikdən Qanunvehedef.az-a bildirilib ki, son günlər sosial şəbəkələrdə, xüsusən İnstaqram platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır:
"Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur.
Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar