Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Məşhur alimlər namizədliyimi dəstəkləyir - Bayramov

Baxılıb: 743     Tarix: 28-01-2020 12:00   

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Bala Bəhmənli kəndinin sakinləri ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, V.Bayramov görüşdə 84 saylı seçki dairəsinin hər bir seçicisinin problemini öz problemi hesab etdiyini deyib:
“Parlament seçkilərində məni Füzuli rayonunda doğulmuş dünyaca məşhur elm adamları, akademiklər, professorlar dəstəkləyirlər. Akademiklər - Hətəm Quliyev, Əli Nuriyev, Akif Musayev, professorlar - Şəfa Əliyev, Fazil Hacıyev, Qalib Hüseynov...
Bu, mənim üzərimə əlavə məsuliyyət qoyur, məsuliyyətimi artırır. Sizin seçiminiz isə məsuliyyətimi daha da artıracaq. Bütün seçicilərimin ümidini doğrultmağa çalışacağam, onların inamlarının zədələnməməsi üçün bütün varlığımla seçicilərimə və ölkəmə xidmət edəcəyəm. Sizin səsiniz mənim məsuliyyətimdir”.
Sonda Vüqar Bayramov seçicilərin fikir və rəylərini dinləyib, onlarla səmimi söhbət edib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar