Sabirabad təhsilinin uğurları
Baxılıb: 825 Tarix: 29-01-2020 16:02
Zaman keçdikcə, xalqın həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsildə dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və azadlığınısaxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyətini qoruyub saxlayır.
Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyəsi ilə təyin edilir.
Böyükmaarifpərvər H.B.Zərdabi yazırdı. “O xalq həmişə tərəqqi edər ki, məktəb və maarifin inkişafına ciddi fikir versin”. Bu fikir tarixin bütün dövrləri üçün aktualdır, əhəmiyyətlidir.
Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır. Sabirabadda da təhsil uğurla inkişaf edir. Burada qabaqcıl məktəblər çoxdur. Rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev böyük təcrübəyə malik, qabaqcıl müəllimlərdəndir.Sabirabad təhsilində uğurlar çoxdur, məktəblərin bir çox məzunları respublikamızın və əcnəbi ölkələrin ali məktəblərində təhsil alırlar. Pəhlivan müəllim deyir: “Müəllim etikasına əməl etməyənlər bu sənətin ucalığını dərk edə bilməzlər. Yaxşı müəllim olmadan, bu sənətin sirrlərinə yiyələnmədən kollektivdə nüfuz qazana bilməzsən. Bunsuz yaxşı təhsil görmüş şagirdlər yetişdirmək olmaz”.
Zəngin texniki və tədris bazasına malik olan Sabirabad məktəbləri məhz bu prinsiplə işləyirlər. Onların bəzilərinin adlarınısadalamamaq olmaz: 4 saylı tam orta məktəb (direktoru Mahir Zahidov);6 saylı məktəb(direktoru Mircamal Həşimov); 8 saylı məktəb(direktoru Etibar Həsənov); 9 saylı tam orta məktəb(direktoru Həsən Yunusov); Ulacalı kənd məktəbi (direktoru Nail Xanməmmədov); Quruzma kənd tam orta məktəbi (direktoru YusifMürsəlov); Həşimxanlı məktəbi(direktoru Naqil Əskərov); Axıska kənd məktəbi (direktoru Dursun Əzizov); Mürsəllikənd məktəbi(direktoru Əhəd Şükürov); Qalaqayın tam orta məktəbi(direktoruFəridəƏləkbərova);Qaratuğay kənd məktəbi (direktoru Seyidabbas Rəhimov);Bulduğ tam orta məktəbi (direktor Sahil İmanov);Qaralar məktəbi (direktorZülfiyyə Abışova);Qaraqaşlı kənd məktəbi (direktoru RahimBabayev);Qəzli tam orta məktəbi (direktoruHeydər Rüstəmov);Kovlar kənd məktəbi (direktoru SəkinəAğayeva)...
Bu məktəblər Sabirabad rayonunun nümunəvi təhsil ocaqlarındandır. Həmin məktəblərdə rayonun tarixinə, ulu öndər Heydər Əliyevin həyat vəfəaliyyətinə həsr olunmuş və zövqlə tərtib edilmiş stendlər, sərgilər çox baxımlı və yaradıcıdır.
Adları çəkilən məktəblərdə respublikamızın Prezidenti cənab İlham Əliyev şəxsiyyətinə böyük hörmət və ehtiram göstərilir. Onun təhsil qarşısında qoyduğu vəzifələri hər bir məktəb rəhbərliyi layiqincə yerinə yetirməyə çalışır.Onlarla 2019-cu ilin dekabr ayına təsadüf edən söhbətimiz zamanı möhtərəm prezidentimizi ad günü münasibətilə təbrik etdiklərini, ona can sağlığı və respublikamızın daha da çiçəklənməsi naminə uğurlar arzuladıqlarını söylədilər. Biz də bu təbrikləri oxucularımızla bölüşməyi qərara aldıq. BizSabirabaddan xoş duyğularla ayrıldıq. Qoy balalarımızın milli-mənəvi ruhu, azadlıqsevərlikləri öz əksini mükəmməl təhsilimizdə tapsın.
Xəyalə
Ən çox oxunanlar
Son xəbərlər