Son vaxtlar hər gün, demək olar ki, bir neçə intihar, qətl xəbəri eşidirik. Psixoloqla-müsahibə
Baxılıb: 1 108 Tarix: 13-06-2018 10:15
Psixoloq ölkədə baş verən intihar hallarının bir neçə səbəbdən qaynaqlandığını deyib: “İnsanların özlərinin daxilindəki psixoloji problemlərin çoxalması, ailə daxili konfliktlər, valideyn övlad münasibətlərindəki və iş yerindəki problemlər, həmçinin özünə qapanmalar, depressiya durumuna düşmək. Nəticədə bu da insanları intihara əl atmağa gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, intiharlar sanki bir periodik xarakter daşıyır. Son vaxtlar hər gün, demək olar ki, bir neçə intihar, qətl xəbəri eşidirik. Səbəblər də oxşardır: maddi çətinlik, depressiya, qısqanclıq, ailə münaqişəsi...
Buna görə də məqsədimiz səbəbləri araşdırmaq deyil, insanı kəndirə, bıçağa əl atmağa vadar edən psixoloji vəziyyətə aydınlıq gətirmək, o həddə çatmamaq üçün nələr etmək lazım gəldiyini mütəxəssisdən öyrənməkdir. Qanun və Hədəf.az-ın bu yöndə suallarını Dimed Medical Center-in Tibb elmlər namizədi, nevropotoloq- psixoloqu Nərgiz Həşimzadə cavablandırır.
-Nərgiz xanım, ilk öncə intiharlardan danışaq. Qeyri-rəsmi məlumata görə, 2017-ci il başlayandan Azərbaycanda 40-a yaxın intihar hadisəsi baş verib. Niyə intiharların sayı artır?
-İntihar hadisəsi yalnız Azərbaycanda deyil, bütün dünyada baş verir. Avropada intihar göstəriciləri daha böyükdür. İntiharların formaları müxtəlifdir. İndi biz intihara klassik formada – kimsə özünü asdı, hardansa özünü atdı kimi baxmalı deyilik. Öz intiharına müxtəlif don geyindirənlər də olur. Məsələn, dini təsir altında Yaxın Şərqə müharibəyə döyüşməyə gedirlər. Əslində, bu da intihardı. Çünki gedən bilir ki, bu gedişin sonu yoxdur...
İntihara təsir göstərən faktorlar, məqamlar da cürbəcürdür. İlk növbədə qlobal prosesləri diqqətə almalıyıq. Biz informasiya və qloballaşma dövrünün insanlarıyıq. Bu gün hər kəs informasiya basqısı altındadır. Telefonunun şarjı bitəndə adama daha çox gərginlik keçirir, nəinki ac olanda. Bu, artıq şüuraltı infeksiyadır.
Əlbəttə, çoxsaylı informasiyalar insanın ruh halına təsir göstərir, gərginlik yaradır və canlı ünsiyyəti məhdudlaşdırır. Bu da şübhəsiz, həssas insanlarda pessimist duyğular doğurur və bəzən intihar hallarına gətirib çıxarır. İntiharlarda narahatlıq yaradan məqamlardan biri də belələrinin sırasında üzün sürən xəstəlikdən əziyyət çəkən, zərərli vərdişləri olan insanların yox, yeniyetmə və sağlam gənclərin daha çox olmasıdır. Bu da göstərir ki, artıq intihar birfaktorulu hadisə deyil. Diqqətdə saxlanmalı çox məqamlar var.
İntiharın qarşısını almaq mümkündür?
Əlbətdə intiharın qarşısını almaq mümkündür. İntihar etməyə qərar verən və ya intihar etməyi planlaşdıran insana kömək edə bilmərik inancı yanlışdır. Çünki əksər hallarda insanda ölməklə yaşamaq arzusu birlikdə görülür. Aparılan araşdırmalar intihar edənlərin 80%-nin intihar cəhdindən əvvəl ən az bir dəfə, ən az bir nəfərə intihar planından bəhs etdiyini göstərir. Ətrafınızdakı insanlar bu cür bir ifadələr işlətdikdə onları ciddi qəbul edin. Digər bir araşdırmaya görə isə intihar etmək haqqında düşünən insanlar onlarla maraqlanıldığı və onlara dəyər verildiyini hiss etdirən, tanımadıqları insanlar tərəfindən belə aldıqları məktub, mesaj və eşitdikləri dostyana sözlər onları bu fikirdən daşındırmıştır.
Ümumiyyətlə maddiyat dövrün ən qlobal problemlərindən biridir. Bu vəziyyətin uşaqlara təsir etməməsi üçün valideynlərə nə kimi məsləhət verə bilərsiniz?
Valideynlər heç vaxt övladları üçün çəkdikləri əziyyətləri və etdikləri fədəkarlıqları onlara ifadə etməməlidirlər. Bir çox valideyn övladı üçün çəkdiyi əziyyəti ona ifadə edərək övladının əldə etdiklərinin qiymətini bilməsini istəyir. Bu yalnışdır. Bu cür ifadə uşaq və yeniyetmələrdə dəyərsizlik və güvənsizlik hissi yarada bilər. Bir valideyn övladı on səkkiz yaşına çatana qədər onun digər ehtiyacları ilə yanaşı maddi ehtiyaclarını da qarşılmaqda məsuliyət daşıyır. İkinci bir məsələ valdeynlərin övladlarında yetərincə güvən və məsuliyət hissinin formalaşması üçün onlara imkan verməmələridir. Məsələn, övladı haqqında başqalarından mənfi bir şey eşidən valideyn öncə öz uşağını dinləməlidir sonra məsələni ətraflı araşdırmalı və axırda qərar verməlidir. Verdikləri qərar əsla şiddət tərkibli olmamalıdır. Məsələn vurmaq, təhqir etmək və oxşar şəkildə davranışlar göstərilməməlidir. Unudulmamalıdır ki, bir valideyn öz övladını hamıdan çox sevə bilər ancaq doğru bildiyi bəzi davranışlar övladını ondan uzaqlaşdıra bilər. Hətta onu həmişəlik itirməyə qədər gətirib çıxara bilər.
Övladınızı intihardan necə qoruya bilərsiniz?
“Gəncləşən intiharların bir çox psixoloji səbəbləri var. Ən başlıca səbəblərdən biri informasiya bolluğu, texnologiyaların inkişafı ilə bağlıdır. Daha çox sosial şəbəkələrdə vaxt keçirmək ailə üzvlərinin bir-birindən uzaqlaşmasına gətirib çıxarır. Nəticədə bu hal ailə üzvləri arasında ünsiyyətsizlik yaradır. Ailə üzvləri, başlıca da gənclər sevgi ehtiyaclarını kənarda axtarmağa başlayır və kənar sevgilərə meyil yaranır. Hislərinə qarşılıq görməyən bir qrup yeniyetmə və gənclər intihara əl atır.
Digər bir intihar səbəbi də ailələrin övladlarını uşaq vaxtından bütün təhlükələrdən, həyatın real, amma çətin məqamlarından uzaq tutmalarından irəli gəlir. Xalq olaraq haqlı, yaxud da haqsız yerə övladlarımızın həyatına hər mənada müdaxilə etməyi sevirik, hətta sevgi məsələlərində belə. İstəmədikləri ilə ailə həyatı qurmağa məcbur edilən gənclər də nakam yaşadıqları sevgilərin, yaxud da ailəsi ilə yaşaya bilmədiyi sevgisiz günlərdən qaçmaq yolunu intiharda görürlər. Bu kimi intiharların qarşısını almaq üçün övladları körpə yaşından həyata adaptasiyaya hazırlamalı, ailə mühitini sevgi üzərində qurmaq lazımdır. Digər mərhələdə ixtisas və peşə seçiminə dəstək olmalıdırlar”.
Çox hörmətli həkim-psixoloqumuza səmimi və dəyərli fikirlərinə görə təşəkkür edirik

Ən çox oxunanlar
Son xəbərlər