Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Fərzanə Sadiq: Tehran və İrəvan bu məsələdə razılığa gəldi

Baxılıb: 782     Tarix: 19-08-2025 14:00   

Tehran və İrəvan ikinci Norduz körpüsünün tikintisi barədə razılığa gəliblər.
Qanunvehedef.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib.
O qeyd edib ki, yol sahəsində iki ölkə ikinci Norduz körpüsünün tikintisi, mövcud körpünün yaxşılaşdırılması, terminalların nizamlanması və yük maşınları üçün rüsumların tənzimlənməsi ilə bağlı ilkin razılıq əldə ediblər.
Nazir əlavə edib ki, Fars körfəzi ilə Qara dənizi dəmir yolu vasitəsilə birləşdirəcək strateji layihə irəliləyir:
“İranda Culfa istiqamətində dəmir yolu artıq mövcuddur və onun Naxçıvandan İrəvana qədər davam etdirilməsi təsdiqlənib. Bu dəmir yolu İran, Azərbaycan, Ermənistan və Avropa arasında tranzitdə mühüm rol oynaya bilər”, – deyə Sadiq qeyd edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar