Xəbər lenti
19/08/2025 [12:53]
Sabah 37° isti olacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Yeniyetmə 10-15 manata görə öldürülübmüş...

Baxılıb: 592     Tarix: 20-08-2025 12:10   

Gəncədə yeniyetmənin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yeniyetmələr 10-15 manat pul borcuna görə dava ediblər. Dəmiryolu vağzalında tərəflər arasında başlayan dava digərinin ölümü ilə bitib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 2010-cu il təvəllüdlü T. Məmmədovun qətlinə görə, cinayəti törətməkdə şübhəli bilinən 15 yaşlı şəhər sakini saxlanılaraq istintaqa təhvil verilib.

Qanunvehedef.azшаблоны для dle 11.2