Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zelenski görüşdə belə geyinəcək – Azərbaycanlı dizayner

Baxılıb: 881     Tarix: 18-08-2025 14:43   

Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüş zamanı daha uyğun geyimdə olacaq.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan əsilli ukraynalı dizayner Elvira Həsənova “Foks Nyus”a açıqlamasında deyib.
“Bazar ertəsi o, yəqin ki, polo geyinməyəcək. Məncə, qara hərbi kostyum, ya da pencək geyinəcək”, - Həsənova bildirib.
Onun sözlərinə görə, qeyri-rəsmi geyim tərzinə görə tənqidlərlə üzləşən Zelenski bu dəfə çox güman ki, daha ciddi görünüşə üstünlük verəcək.
Həsənovanın sözlərinə görə, Zelenskinin şəxsi stilisti yoxdur, nə geyinəcəyinə özü qərar verir.
Qeyd edək ki, Ukrayna liderinin geyim üslubu üzərində azərbaycanlı Elvira Həsənovanın çalışdığı barədə məlumatlar yayılmışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar