Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qurbanov: Bizə uyğun olmayan rəqibdir...

Baxılıb: 852     Tarix: 18-08-2025 13:45   

Hər top itkisindən sonra yenidən üstünlük qazanmaq üçün çox çalışmalı olacağıq.
Qanunvehedef.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"la matç üçün Macarıstan səfərinə yollanan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "CBC Sport" kanalına açıqlamasında bildirib.
"Ümumilikdə pis hazırlıq keçmədik. Rəqibi tam yaxından tanımırıq, amma istədiyimiz qaydada hazırlaşa bildik. "Ferentsvaroş" tam fərqli sistemdə oynayır və çox fiziki güc sərf etməli olacağıq. Hücuma çox tez keçən komandadır. Standart vəziyyətlərdən ciddi yararlanırlar və sərt oyun nümayiş etdirirlər. Bəlkə də bizə uyğun olmayan rəqibdir. Hər top itkisindən sonra yenidən üstünlük qazanmaq üçün çalışmalı olacağıq. Oyunun başlanğıcı bizə çətin ola bilər".
Q.Qurbanov əlavə edib ki, qarşılaşma baxımlı olmaya bilər, çünki rəqib daha çox nəticəyə oynayır.
"Biz maksimum nəticə əldə edərək ölkəyə qayıtmaq istəyirik. Şanslarımızı 50-nin 50-yə dəyərləndirirəm"

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar