Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ötən il 38 qızqaçırma olub - Bir ilin cinayətləri

Baxılıb: 559     Tarix: 20-08-2025 11:35   

Ötən il Azərbaycanda məhkum olunanların sayı açıqlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, ötən il ümumilikdə 15 885 nəfər məhkum edilib.
Onlardan 234 nəfəri qəsdən adam öldürmə, 282 nəfəri qəsdən sağlamlığa ağır zərər vurma, 38 nəfəri adam oğurluğu, 15 nəfəri zorlama, 1879 nəfəri oğurluq, 1005 nəfəri dələduzluq, 130 nəfəri soyğunçuluq, 86 nəfəri quldurluq, 552 nəfəri xuliqanlıq, 62 nəfəri rüşvət cinayətləri, 7659 nəfəri narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, 649 nəfəri hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər, 3294 nəfəri isə digər cinayətlər üzrə təqsirləndirilənlərdir.
Həmçinin 15 885 nəfərdən 9276 nəfəri azadlıqdan məhrum olunub. Həbs olunanlardan 3209 nəfəri 2 ilə qədər, 3770 nəfəri 2 ildən 5 ilə qədər, 1921 nəfəri 5 ildən 10 ilə qədər, 366 nəfəri 10 ildən 20 ilə qədər, 10 nəfəri isə ömürlük azadlıqdan məhrum edilib.



Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking . VBet