Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rayon ərazisində növbəti genişmiqyaslı iməclik keçirilib

Baxılıb: 3 200     Tarix: 18-08-2025 12:55   

Xəzər rayonunda bütün qəsəbələrdə genişmiqyaslı iməclik keçirilib.
 Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon iməcliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatlar iştirak edib.
   İməclik zamanı parklar və istirahət güşələrində, prospekt və küçələrdə səki kənarlarının, bordür və işıq dirəklərinin, məhəccərlərin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançaların ətrafının təmizlənməsi o cümlədən qəsəbə daxili yolların bəzilərində dezinfeksiya işləri həyata keçirib.
   Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb və toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
  Həmçinin sahibkar və özəl sektorda çalışanlar da iməcliyə fəal qoşularaq, onlara məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman işlərinin görülməsi istiqamətində müvafiq tədbirlər görüblər.
   Qeyd edək ki, növbəti həftələrdə də genişmiqyaslı iməcliklərin keçirilməsi nəzərdə tutulub.

Qəni Hüseynov

  





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar