Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ-dən Zəngəzur dəhlizi ilə bağlı - Xəbərdarlıq-Video

Baxılıb: 598     Tarix: 13-08-2025 09:59   

“Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə spekulyasiya etmək fikrində deyiləm. Bütün dünya bilir ki, Prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu razılaşma onun üçün çox önəmlidir”.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun İran və ya Rusiya “Tramp marşrutu”na (red. - Zəngəzur dəhlizi) mane olmağa çalışsalar, ABŞ-nin hansı addımları atacağı ilə bağlı sualını cavablandırarkən deyib.
O, bəyan edib ki, Azərbaycan və Ermənistan ABŞ ilə iqtisadi sazişlər imzalayıb ki, bu da ABŞ biznesi üçün yeni imkanlar açır.
Bryus bildirib ki, Aİ, Fransa, Rusiya və Baydenin dövründə olan ABŞ Ermənistan və Azərbaycan arasında sülhə cəhd ediblər, lakin buna yalnız Tramp nail olub.
“Dünya bilir ki, Tramp münaqişələrin və ya ədavətin nə qədər davam etməsindən asılı olmayaraq, ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir”, - Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.
Xatırladaq ki, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar