Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rusiyada miqrant uşaqlarla bağlı yeni qayda təklif edilir

Baxılıb: 845     Tarix: 20-08-2025 15:58   

Rusiyada yetkinlik yaşına çatmayan miqrantların qanuni nümayəndələrin müşayiəti olmadan ölkəyə girişinin məhdudlaşdırılması təklif edilir.
Qanunvehedef.az “Vesti”yə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi deputatlar Nina Ostanina və Yaroslav Nilov tərəfindən Dövlət Dumasına təqdim edilib.
Həmin qanun layihəsində qanunvericiliyə məsələ ilə bağlı əlavələr edilməsi təklif edilir.
Hazırda yetkinlik yaşına çatmayan əcnəbilər qanuni nümayəndələrin notarial qaydada razılığı olmadan sərbəst şəkildə Rusiyaya daxil ola bilərlər.
Bununla yanaşı, qanun layihəsi miqrant uşaqlarının səfər məqsədlərini də məhdudlaşdırır və onlar yalnızca təhsil, müalicə və yaxud idman yarışları, yaxud olimpiadalarda iştirak üçün müvəqqəti olaraq Rusiyaya daxil ola bilərlər.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar