Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nizami Rayon İcra Hakimiyyətində abadlıq, quruculuq və kommunal xidmətlərin vəziyyətinə dair müşavirə keçirilmişdir

Baxılıb: 969     Tarix: 23-06-2026 15:29   

Nizami Rayon İcra Hakimiyyətinin başçısının rəhbərliyi ilə baş tutan iclasda kommunal sahədəki mövcud çatışmazlıqlar və cari mövsümlə bağlı qarşıda duran mühüm vəzifələr ətraflı müzakirə edilmişdir. Xüsusilə yay aylarında park və xiyabanlarda, küçə və prospektlərdə yaşıllıqların qorunması, suvarma sistemlərinin yenidən qurulması və ekoloji mühitin yaxşılaşdırılması məsələləri diqqət mərkəzində saxlanılmışdır. Bununla yanaşı, rayon ərazisində təmizlik işlərinin gücləndirilməsi, binaların dam örtükləri və zirzəmilərinin cari vəziyyəti, kanalizasiya kollektorlarındakı nasazlıqların aradan qaldırılması, eləcə də içməli su təchizatının və küçə işıqlandırılması sisteminin yaxşılaşdırılması istiqamətində görüləcək işlər nəzərdən keçirilmişdir.

Müşavirənin yekununda Coşqun Cəbrayılov aidiyyəti struktur bölmələrin rəhbərlərinə qaldırılan problemlərin operativ şəkildə həll olunması və sakinlərin məmnunluğunun təmin olunması istiqamətində müvafiq tapşırıqlarını vermişdir.


Ceyhun Süleymanov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar