Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəzər rayonunda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Baxılıb: 103441     Tarix: 23-06-2026 16:30   


Bu gün Xəzər Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib.


Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev, RİH başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və Xəzər Rayon Məhkəməsində çalışan dövlət qulluqçuları iştirak ediblər.


Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.


Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə giriş nitqi ilə çıxış edən Elşən Salahov Ümummilli Lider Heydər Əliyevin dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafındakı müstəsna xidmətlərini vurğulamışdır. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir idarəçilik prinsiplərinə əsaslanan islahatlar uğurla davam etdirilir. Çıxışının sonunda Elşən Salahov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir.


Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək onların fəaliyyətini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıblar.


Sonda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə və rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup dövlət qulluqçusu Xəzər Rayon İcra Hakimiyyətinin başçısı və YAP Xəzər rayon təşkilatının sədri tərəfindən Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunmuşlar.


Qəni Hüseynov




 

 





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar