Xəbər lenti
23/06/2026 [17:37]
Leyen İrəvana gəlir
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dövlət qulluqçularının peşə bayramı günü Yasamal rayonunda qeyd olunub

Baxılıb: 1017     Tarix: 23-06-2026 16:53   

Bu gün Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və rayon icra hakimiyyətinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.


Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Liderin büstü önünə gül dəstəsi düzülərək onun dövlətçilik irsinə və siyasi fəaliyyətinə dərin hörmət ifadə olunub.


Tədbirin davamında Dövlət Himni səsləndirildi, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov kollektiv qarşısında çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət qulluğunun ölkənin inkişafında mühüm rol oynadığını vurğulayaraq, dövlət qulluqçularının üzərinə düşən vəzifələrin məsuliyyətindən danışıb.


Elşad Həsənov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət idarəçiliyində operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verildiyini qeyd edib. Bildirilib ki, dövlət qulluqçuları vətəndaşlarla ünsiyyətdə yüksək etik davranış qaydalarına riayət etməli, müraciətlərə həssas yanaşmalı və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində səylərini davam etdirməlidirlər.


Sonda kollektivə qarşıdakı dövrdə həyata keçiriləcək vəzifə və hədəflər barədə məlumat verilib, dövlət qulluğunun nüfuzunun yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyinə əminlik ifadə olunub.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa təltiflər təqdim edildi.


Rəsmiyyə Davudqızı






Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar